Pakistan ordu generalı Azərbaycana gələcək 

17:06 19.06.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Pakistan Silahlı Qüvvələrinin Quru Qoşunları komandanı ordu generalı Qamar Caved Bacvanın rəhbərlik etdiyi nümayəndə heyəti iyunun 20-də Azərbaycana rəsmi səfər edəcək.

Müdafiə Nazirliyindən hafta.az-a verilən məlumata görə, səfər çərçivəsində Azərbaycan ilə Pakistan arasında hərbi əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivlərinə dair fikir mübadiləsi aparılacaq, hərbi əlaqələrin genişləndirilməsi imkanları nəzərdən keçiriləcək.